“Tour d`Azerbaidjan-2017” veloyürüşünün vaxtı müəyyənləşib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il mayın 3-7-də keçiriləcək.

Bu yarış artıq UCİ-nin 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilib.

Veloturun məhz həmin tarixlərdə keçirilməsi mayın 12-22-də Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları ərəfəsində dünya idman ictimaiyyətinin diqqətinin ölkəmizə bir daha cəlb olunması baxımından gözəl imkandır.

UCİ-nin təqvim planında nüfuzuna görə dünya çempionatından və dünya kuboku yarışından sonra gələn dağ velosipedi üzrə yüksək kateqoriyalı “Champion-Race Azerbaijan” beynəlxalq yarışı da yer alıb. Həmin turnir gələn il oktyabrın 1-də keçiriləcək.

Ötən il “Bakı-2015” birinci Avropa Oyunlarından əvvəl təşkil olunan “Tour d`Azerbaidjan” veloyürüşünün marşrutu Oyunların, eləcə də yarışların keçirildiyi idman qurğularının təbliği baxımından mühüm rol oynamışdı.

Xəbər 1132 dəfə oxundu.