Azərbaycanın sərbəst güləşçiləri Dağıstanda beynəlxalq turnirdə güclərini sınayacaqlar
Oktyabrın 29-30-da Rusiya Federasiyası Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Yarışda Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının səkkiz üzvü mübarizə aparacaq.

Turnirdə məşqçi Siracuddin Eldarovun rəhbərliyi ilə sərbəst güləşçilərdən Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Umar İsrailov və Həmzətxan İsrapilov (hər ikisi 125 kq) qızıl medallar uğrunda yarışacaqlar.

Xəbər 784 dəfə oxundu.