“Bakı” əvəz çıxa biləcəkmi?

Bu gün Çellenc kubokunun 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək. İdman.com.az saytının məlumatına görə, ilk oyun günündə “Bakı” Rusiyanın “Omiçka” klubunu qəbul edəcək. Matç Ancelo Vercesinin komandası üçün heç də asan keçməyəcək. Çünki avrokubokda debüt edən paytaxtın eyniadlı klubu öncə ilk matçda 2:3 hesablı məğlubiyyətin əvəzini çıxmalı, ardınca “qızıl set”i də qazanmalıdır. Düzdür, “Bakı” voleybolçuları bunu reallaşdırmaq gücündədirlər. Hətta onlar Omskda keçirilən matçda da qələbə qazana bilərdilər. Amma rəqib də zəif deyil. Mütəxəssilər bu görüşün çox gərgin keçəcəyini ehtimal edirlər.

Çellenc kuboku
1/4 final mərhələsi, cavab oyunu
28 fevral
20:30. “Bakı” (Azərbaycan) - “Omiçka” (Rusiya)
Hakimlər: Dusan Doviçoviç (Slovakiya), Qyula Tillmann (Macarıstan)
Bakı İdman Sarayı

İlk oyun
“Omiçka” (Rusiya) – “Bakı” (Azərbaycan) - 3:2 (25:20, 25:27, 27:29, 25:22, 15:11)

Xəbər 935 dəfə oxundu.