Penitensiar Xidmətin tərbiyə müəssisəsində yeniyetmələr arasında stolüstü tennis turniri keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələr arasında stolüstü tennis turniri keçirilib.

Tədbirin açılışında Baş İdarənin əməkdaşı Salman Əbdülov, tərbiyə müəssisəsinin rəis müavini, ədliyyə mayoru Mübariz Vəliyev və digərləri iştirakçılara müvəffəqiyyətlər arzulayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda ilk üç yeri müvafiq olaraq Elmir Quluzadə, Şahmurad Səmədov və Nazim Bəkirov tutublar.

Sonda iştirakçılara müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib. Həmçinin tərbiyə müəssisəsinə stolüstü tennis ləvazimatı və digər idman avadanlığı hədiyyə olunub.

Xəbər 752 dəfə oxundu.