Azərbaycanın U-17 millisi ikinci oyununu keçirəcək
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması oktyabrın 27-də növbəti oyununu keçirəcək.

Milli komandamız səfərdə Avstriya yığması ilə qarşılaşacaq. Qarşılaşma oyunlara ev sahibliyi edən Rumıniyanın Buftya şəhərində oynanılacaq.

İlk görüşdə İngiltərəyə 0:2 hesabı ilə məğlub olan komandamız hazırda qrupda sonuncu pillədə qərarlaşıb.

Xəbər 729 dəfə oxundu.