Taekvando üzrə Azərbaycanın millisi Serbiyadakı turnirdə 12 idmançı ilə təmsil olunacaq
Gənclərdən ibarət taekvando üzrə Azərbaycanın milli komandası oktyabrın 27-də Serbiyaya yollanıb.

Dünya birinciliyindən əvvəl sonuncu yarışda iştirak edəcək komandamız “G1” kateqoriyalı beynəlxalq turnirdə 12 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov “Serbia Open” açıq birinciliyində oğlanlardan Bəhruz Quluzadə, Ayaz Qənbərli (hər ikisi 45 kq), Cavid Məmmədov (48 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacəliyevaya (55 kq) şans verəcək.

Oktyabrın 29-30-da təşkil ediləcək açıq birincilik Belqrad şəhərinin “Pionir” idman arenasında keçiriləcək.

Millimiz oktyabrın 31-də Vətənə qayıdacaq.

Qeyd edək ki, komandamız Kanadada təşkil ediləcək gənclər arasında dünya birinciliyinə noyabrın 16-20-də qatılacaq.

Xəbər 659 dəfə oxundu.