Qəbələdə cüdo üzrə region yarışı keçirilir
Qəbələdə “Şimal bölgəsi” yarışına start verilib. Şimal bölgәsi üzrә 2003-2005-ci il tәvәllüdlü yeniyetmәlәr arasında region birinciliyində oğlanlar 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66 kq, qızlar isə 32 kq və 40 kq çəki dərəcələrində mübarizə aparırlar.

Qəbələdə keçirilən yarışın ilk günündə Qəbələ, Oğuz, İsmayıllı, Qobustan, Ağsu və Şamaxıdan 76 cüdoçu (74 oğlan, 2 qız) qüvvəsini sınayır.

Qeyd edək ki, “Şimal bölgəsi” yarışına sabah yekun vurulacaq.

Xəbər 1097 dəfə oxundu.