Salyanın yeniyetmə futbolçuları respublika birinciliyinə hazırlaşırlar
Biləsuvarda ümumtəhsil məktəbliləri arasında keçirilən zona yarışında uğurla çıxış edərək yüksək pillələrdən birini tutan Salyanın 14-15 yaşlı futbolçuları noyabr ayında keçiriləcək respublika birinciliyinə hazırlaşırlar.

Yeniyetmə futbolçular məşqçi-müəllim Anar Sadıqovun rəhbərliyi ilə şəhid Həbib Qurbanovun adını daşıyan şəhər uşaq-gənclər idman məktəbinin zalında məşqlərə başlayıblar. Futbolçular məşqləri noyabrın ortalarınadək davam etdirəcəklər.

Qeyd edək ki, salyanlı futbolçular bundan əvvəl Qax rayonunda keçirilən “Sevinc” kuboku uğrunda yarışlarda ikinci yeri tutublar.

Xəbər 704 dəfə oxundu.