İmam Yadigar Kubokundan 2 bürünc medalla
24-26 fevralda İranın Qum şəhərində yunan-Roma güləşçiləri arasında şəhid İmam Yadigarın xatirəsinə beynəlxalq turniri keçirilib. İdman.com.az saytının məlumatına görə, milli komandamız Arazın o tayından 2 bürünc medalla dönüb. Pəhləvanlarımızdan Sakit Cəlilov (60 kq) və Emin Əhmədov (74 kq) fərqləniblər. Bu nəticə ilə yığmamız
komanda hesabında 3-cü olub.

Xəbər 973 dəfə oxundu.