Bölgələrdə cüdo məşqçiləri üçün keçirilən seminarlar davam edir
Respublikamızın bölgələrində cüdo məşqçiləri üçün keçirilən seminarlar davam edir.

Zaqataladan sonra növbəti belə bir seminar Qəbələdə təşkil edilib. Qəbələ İdman Olimpiya Kompleksində keçirilən seminara Qəbələ, Oğuz, İsmayıllı, Qobustan, Ağsu və Şamaxıdan olan məşqçi müəllimlər qatılıb.

Azərbaycan Cüdo Federasiyasının “Regionlarda cüdonun inkişafı” sektorunun müdiri Tərlan Poladov, Məşqçilər Komitəsinin üzvləri Musa İsmayılov və Tərlan Həsənov digər seminarlarda olduğu kimi bu dəfə də müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat veriblər.

Xəbər 729 dəfə oxundu.