Balakəndə həvəskarlar arasında qol güləşi turniri keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan “Gənclərin gücü” layihəsi çərçivəsində Balakən şəhərində keçirilən həvəskarlar arasında qol güləşi turnirində 80 gənc gücünü sınayıb.

Turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, layihənin rəhbəri Eşqin Uzunov, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə reallaşan layihənin əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Beş çəki dərəcəsində keçirilən yarışda qalib gələn idmançılar diplomlarla mükafatlandırılıblar

Xəbər 618 dəfə oxundu.