Azərbaycan təmsilçisi ikinci oyunda da darmadağın oldu
Azərbaycanı UEFA Regionlar Liqasında təmsil edən "Şərur" bu gün 8-ci qrup çərçivəsində ikinci oyununa çıxıb. Təmsilçimiz bu dəfə Macarıstanın "İst Region" kollektivi ilə qarşılaşıb.

"Şərur" bu dəfə də böyük hesabla uduzub.

Qrupun digər oyununda "Zaqreb" (Xorvatiya) Finlandiyanın "İst Region" komandasına 5:0 hesabıyla qalib gəlib.

Xatrıladaq ki, ilk turda "Şərur" Finlandiya təmsilçisinə 0:3 hesabıyla uduzmuşdu. Macarlarla xorvatların duelində isə ikincilər 4 cavabsız qola sevinmişdilər.

"İst Region" (Macarıstan) - "Şərur" (Azərbaycan) - 6:0 (2:0)

"Şərur": Samir Əliyev, Xaqan Məmmədli, Elmar Mirzəyev, Musa Rəhimov (k), Üzeyir Sadiqov, Elvin Əlizadə, Nicat Tağıyev, Nahid Mehrəliyev (Tural Salamzadə, 46), Elvin Bayramov (Ramal Əhmədov, 46), Qurban Hüseynov, Valeh Seyidov (Nurəli Əsədov, 73).

Xəbər 724 dəfə oxundu.