Neftçi Tiranı məşqlərdən kənarlaşdırdı
“Neftçi”nin rumıniyalı hücumçusu Katalin Tira komandanın məşqlərindən kənarlaşdırılıb. Klub rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.

Qeyd edək ki, Tira ötən gün baş tutan Topaz Premyer Liqasının 9-cu turu çərçivəsindəki "Qarabağ"la oyunun son dəqiqələrində meydana daxil olan azarkeşi döyməsi ilə gündəmə düşüb.

Xəbər 625 dəfə oxundu.