Azərbaycanın U-17 komandası İngiltərə yığması ilə qarşılaşıb | |
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib. İngiltərə komandası ilə qarşılaşan yığmamız məğlub olub - 0:2. Futbolçularımız turnirdə növbəti oyununu oktyabrın 27-də Avstriya yığmasına qarşı keçirəcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandamızın mübarizə apardığı 6-cı qrupun oyunları Rumıniyada təşkil olunub. |
|
Xəbər 605 dəfə oxundu. |
|
|