Şahmat üzrə respublika birinciliyinin final mərhələsi başa çatıb
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat məktəbləri komandalarının final yarışları başa çatıb.

Xaçmaz Olimpiya Kompleksində keçirilən final mərhələsi üzrə zona yarışlarında I, II və III yerləri tutmuş komandalar mübarizə aparıb.

Yarışın nəticəsinə əsasən, birinci yeri Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, ikinci yeri “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, üçüncü yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin komandaları tutub.

Birinciliyin keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən şahmat məktəblərinin perspektivli şahmatçılarını aşkara çıxarmaq və mərkəzin yığma komandasını formalaşdırmaqdır.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə təltif ediliblər.

Xəbər 723 dəfə oxundu.