“Azəryol” növbəti qələbəsini qazanıb
Bakıda təlim-məşq toplanışında olan İsrailin “Makkabi” klubu Azərbaycan təmsilçiləri ilə növbəti yoxlama matçını keçirib.

Çempionlar Liqasında mübarizə aparan Hayfa komandası iki qarşılaşmadan birində qalib gəlib, digərində uduzub.

“Azərreyl”dən fərqli olaraq, “Azəryol” isə növbəti qələbəsini qazanıb. Eldar Yusubovun “sükanı arxasına” keçdiyi Bakı təmsilçisi bu dəfə “Makkabi”ni 3:1 hesabı ilə məğlub edib.

Xəbər 577 dəfə oxundu.