Olimpiya komandamızın geyimini italyan modelyer hazırlayacaq
Dünya şöhrətli italyan modelyer Ermanno Şervino 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının geyimlərinin dizaynını təqdim edəcək. Bunun üçün modelyer Ermanno Şervinonun adını daşıyan moda evinin rəhbəri Toni Scervino bu gün Bakıya gəlib.
Məşhur dizayner Ermanno Şervinonun ölkəmizlə əməkdaşlığı 2011-ci ildən başlayıb. Azərbaycanın elan etdiyi və Rusiya, Sloveniya, İsveçrə və İtaliya firmalarının iştirak etdiyi tenderin qalibi Ermanno Şervino olub. Dizayner azərbaycanın milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb.
Mərasim, idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağı, gerbi, bir sözlə milli atributları yüksək səviyyədə əks olunub.
Modelyerin fəaliyyətinə gəldikdə isə, Ermanno Şervino dünya şöhrətli İtlayan firmaları, korifey modelyerlər, Haute couturela olan iş birliyindən sonra ciddi olaraq 1999-cu ildə öz şəxsi brendinin tanıtımı ilə məşğul olmağa başlayıb. Modelyer müəyyən müddət Paris şəhərində yaşayaraq rəssam modelyer sənətinin sirlərinə yiyələnib.
Dizayner Ermano Şervino və moda evinin rəhbəri Toni Şervino istedadını bir araya gətirən Ermanno Scervino şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Şirkətin baş ofisi 2007-ci ildə Florensiya yaxınlığındakı Qrassina şəhərində, ikinci ofisi isə 2008-ci ildə Milanda açılıb.
Toni Scervinno sabah İtaliyaya qayıdacaq.

Xəbər 1637 dəfə oxundu.