İstanbul derbisini «Qalatasaray» qazandı
Bu gün Türkiyə Superliqasında 28-ci turun 4 görüşü keçirilib. İdman.com.az saytının məlumatına görə, mərkəzi oyun İstanbulda baş tutub. «Qalatasaray» öz meydanında əzəli rəqiblərindən biri, «Beşikdaş»ı qəbul edib. Gərgin və nəfəs kəsən mübarizədə sevinən tərəf «Sarı-qırmızılar» olub (3:2).

Maraqlıdır ki, 2 dəfə Fateh Terimin komandası hesabda irəli çıxsa da, «Qara qartallar» tarazlığı bərpa edib. Amma 90-cu dəqiqədə Yohan Elmanderin vurduğu qol görüşdə sonuncu olub.
Bu matçdan sonra 63 xalla birinciliyini daha möhkəmləndirib. Sözü gedən turda səfərdə «Əskişəhərspor»a uduzan «Fənərbağça» liderdən 9 xal geri qalır.

Xəbər 932 dəfə oxundu.