İngiltərəli futbolçu Madrid təmsilçisinin ABŞ səfiri olması təklifini qəbul edib
İngiltərəli futbolçu Devid Bekhem yenidən “Real”a qayıdır.

41 yaşlı ingiltərəli idmançı Madrid təmsilçisinin ABŞ səfiri olması təklifini qəbul edib. O, orada İspaniya nəhənginin marka reklamı ilə məşğul olacaq.

Qeyd edək ki, 2007-2012-ci illərdə ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edən əfsanəvi futbolçu hazırda bu ölkədə yaşayır.

Xəbər 587 dəfə oxundu.