Çertoqanov razı qalıb
Azərbaycan yığmasının futbolçusu Aleksandr Çertoqanov Dubaydakı təlim-məşq toplanışından razılığını ifadə edib. İdman.com.az saytının məlumatına görə, milliləşdirilən ukraynalı yarımmüdafiəçi xaricdə keçirilən belə hazırlıq prosesini faydalı sayır:

“Ümumiyyətlə, belə toplanışlar milli komandanın yalnız faydasına gedir. Hesab edirəm ki, bu cür hazırlıqları tez-tez keçirmək lazımdır. Hindistan yığması ilə sabahkı oyunda qalib gəlməliyik. Əgər rəqibimiz Oman yığmasına 1:5 hesabı ilə uduzubsa, onda biz onu niyə məğlub etməyək?”

Qeyd edək ki, millimiz yanvarın 22-dən başlayan, martın 1-dək Dubayda davam edəcək toplanışda ilk yoldaşlıq görüşündə Sinqapur yığması ilə 2:2 hesablı heç-heçə edib.

Xəbər 1225 dəfə oxundu.