PAOK növbəti matçına çıxıb
Yunanıstan Superliqasında VIII turun oyunları davam edir.

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan PAOK da növbəti matçında səfərdə “Olimpiakos”la qarşılaşıb. 2:1 hesabı ilə pireylilərin xeyrinə başa çatan qarşılaşmada meydan sahiblərinin 90+6-cı dəqiqədə vurduğu 2-ci qol azarkeşlər arasında qarşıdurmaya səbəb olub.

Xəbər 576 dəfə oxundu.