Şahin Diniyev: İnterlə matçın mahiyyəti bəllidir
Topaz Premyer Liqasının 9-cu turunda Gəncə şəhər stadionunda “İnter”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını başa vurub. “Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına matçla bağlı açıqlama verib:

“İnter”lə oyunumuz həmişə çətin alınıb. Rəqib yüksək səviyyəli futbolçulardan qurulmuş heyətə malikdir. Onlara qarşı oynamaq hamı üçün çətindir. Liderlərdən uzaqlaşmamaq üçün bu oyunda uğur qazanmalıyıq. Oyunun mahiyyəti bəllidir. Mən deyərdim ki, bizim üçün 6 xallıq oyun olacaq. Çox çalışmalıyıq, heyətlə də bağlı problemlərimiz var. Əsas heyətin üç üzvü oynamayacaq. Heyəti kasad olan komanda üçün böyük itkidir. Əvəzedicilərdən üç oyunçu dəvət edəcəyik. Amma bu amil bizim üçün səbəb olmamalıdır”.

Xəbər 733 dəfə oxundu.