“Barselona” futbol klubu Neymar Junior ilə müqaviləni yeniləyib
"Barselona” futbol klubunun rəhbərliyi komandanın braziliyalı hücumçusu Neymar Junior ilə müqaviləni yeniləyib.

24 yaşlı futbolçu ilə baglanan müqavilənin müddəti 2021-ci il iyunun 30-da başa çatacaq.

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının çempionu olan Neymar “Barselona”nın əsas heyətində keçirdiyi 150 oyunda 91 qol vurub. O, bu müddətdə 62 məhsuldar ötürmə edib.

Xəbər 692 dəfə oxundu.