«Verder» Həşimovsuz qalib gəlir
Şənbə və bazar günləri Almaniya Bundesliqasında 10 və 11-ci turların oyunları keçirilib. İdman.com.az saytının xəbərinə görə, Bremenin «Verder» komandası bu turu öz lideri Vüqar Həşimovsuz keçirib. Şahmatçımızın yerini 1-ci lövhədə ukraynalı Zaxar Yefimenko tutub. Bremenlilər bu turlarda dünən «Remagen» (5,5:2,5), bugün isə «Solingen» (4:3) komandalarına qalib gəlib. «Verder» hazırda 18 xalla 2-ci pillədədir. Lider «Baden-Baden»in 20 xalı var. Bundesliqada növbəti 2 tur martın 17-18-də keçiriləcək.

Xəbər 1010 dəfə oxundu.