Luis Suarezə “Qızıl buts” mükafatı təqdim olunub
Futbol üzrə Uruqvay millisinin və “Barselona” komandasının hücumçusu Luis Suarezə Barselonada təşkil olunan təntənəli mərasimdə “Qızıl buts” mükafatı təqdim edilib.

29 yaşlı hücumçu bu mükafata 2015-2016-cı il mövsümündə Avropa milli çempionatlarında ən çox qol (40 top) vurduğuna görə layiq görülüb.

L.Suarez 2013-2014-cü il mövsümündə “Liverpul”da oynayarkən “Qızıl buts”a “Real Madrid”in forvardı Kriştiano Ronaldo ilə birgə sahib olmuşdu. Həmin vaxt futbolçular hərəyə 31 dəfə fərqlənmişdilər.

Xəbər 817 dəfə oxundu.