Aran Bölgəsi birinciliyinə start verilib
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə regionlarda keçirilən yarışlar davam edir. Növbəti region birinciliyi Bərdə rayonunda keçirilir. Aran Bölgəsi birinciliyində 109 cüdoçu medallar uğrunda mübarizə aparır.

2000-2002-ci illər təvəllüdlü cüdoçular arasında 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və 73 kq çəki dərəcələrində, 2003-2005-cü illər təvəllüdlü cüdoçuların mübarizəsində isə 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində qaliblərin adlarına bu gün aydınlıq gələcək.

Qeyd edək ki, Aran birinciliyndə 9 rayonun – Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Laçın (Taxta körpü), Ucar, Yevlax və Zərdabın cüdo məktəblərinin yetirmələri qüvvələrini sınayırlar.

Xəbər 856 dəfə oxundu.