Kəpəzdə yeni futbolçu
Topaz Premyer Liqasının 8-ci turunda AZAL-la oyunda əsas komandaya dəvət alan Şəfi Bağırov əvəzedicilərdən çağırılan 6-cı futbolçu olub. Səfər qarşılaşması üçün “18-lik”də yer alan gənc oyunçu ilk dəfə belə şans qazanıb.

Ümumiyyətlə, cari mövsüm “Kəpəz”in əvəzedici heyətindən Bağırovla yanaşı, Fərid Məmmədov, Elcan Rəhimov, Əli Səmədov, Qaraxan Əliyev və Emin Zamanov baş məşqçi Şahin Diniyevin etimadını qazanıb. Adı çəkilənlərdən ən çox Zamanov əsas komandaya dəvət alıb. Belə ki, Emin dörd çempionat matçında ehtiyat oyunçular skamyasında yer alıb. O, iki dəfə AZAL, bir dəfə isə “İnter” və “Neftçi” görüşlərdə belə imkan əldə edib.

Xəbər 702 dəfə oxundu.