“XX Corsican Circuit 2016” şahmat turnirinin qalibləri dünya çempionları ilə qarşılaşacaqlar
Sabah Fransanın Bastiya şəhərində “XX Corsican Circuit 2016” beynəlxalq şahmat turniri başlanır.

Əvvəlcə “Open Corsica Maestri” yarışı keçiriləcək. Yarışda 61 şahmatçı, o cümlədən 19 qrossmeyster iştirak edəcək. Turnir İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.

Yarışın yekununa əsasən turnirin rapid üzrə 1/8 finalının 12 iştirakçısı müəyyən ediləcək və azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, yerli şahmatçı Maksim Vaşye-Laqrav və qadınlar arasında dünya çempionu, çinli şahmatçı Xou İfan onlara qoşulacaq.

Oktyabrın 30-da turnirin final mərhələsi keçiriləcək.

Xəbər 724 dəfə oxundu.