Əliyar Ağayev Avroliqada daha bir oyun idarə etdi
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasında daha bir qrup oyunun idarə edib. Həmyerlimiz H qrupu çərçivəsində Türkiyədə yerli "Konyaspor"la Portuqaliyanın "Braqa" klubunun qarşılaşmasında baş hakim olub.

Ona bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov, qapı arxasında Rəhim Həsənovla Orxan Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirib.

Oyuna gəlincə, türklər 9-cu dəqiqədə hesabı açsalar da, 55-ci dəqiqədə qonaqlar bərabərlik qoluna imza atıblar. Nəticədə, matç 1:1 hesabıyla bitib. Əliyar meydan sahiblərinin iki, qonaqların bir futbolçusuna sarı vərəqə göstərib.

Xəbər 671 dəfə oxundu.