"Volero" klubu qrupda ardıcıl üçüncü qələbəsini qazanıb
Filippinin paytaxtı Manilada təşkil olunan qadın voleybolçuların Klublararası Denya Çempionatı davam edir.

Millimizin sabiq üzvü Natalya Məmmədova formasını geyindiyi İsveçrənin "Volero" klubu qrupda ardıcıl üçüncü qələbəsini qazanıb. Onlar Türkiyənin "Vakıfbank" klubunu 3:2 hesabıyla məğlub ediblər.

"Volero"nun kapitanı Natalya Məmmədova görüşdən sonra təşkil olunmuş mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb: "Hər iki komanda möhtəşəm oynadı. "Vakıfbank" yaxşı oyunçulara malik komandadır. Bu gün isə komanda olaraq biz onlardan daha uğurlu oynadıq".

Xəbər 745 dəfə oxundu.