Kriştianu Ronaldu: "Bir gün qayıdacam"
Madrid "Real"ının ulduzu Kriştianu Ronaldu bir gün yenidən "Mançester Yunayted"ə dönəcəyini bildirib. İdman.com.az saytının məlumata görə, portuqaliyalı futbolçu sabiq komanda yoldaşı Rio Ferdinandla söhbət əsnasında belə deyib: "Gələcəkdə nələrin olacağını söyləmək çətindir. Ancaq hər şey ola bilər. Hələ ki, bütün diqqətimi "Real"ın uğurlarına yönəltmişəm. Burada daha bir neçə rekord qırmaq istəyirəm. Bu vəzifəni yerinə yetirdikdən sonra "Mançester Yunayted"ə qayıdacağam".
Qeyd edək ki, Ronaldo 2009-cu ildə 94 milyon avro müqabilində "Mançester Yunayted"dən "Real"a transfer olunmuşdu.

Xəbər 926 dəfə oxundu.