Batumidə şahmat üzrə beynəlxalq turnirə start verilib
Batumi şəhərində şahmat üzrə beynəlxalq turnirə start verilib.

"Şeraton" otelində 12 yaşadək uşaqlar arasında şahmat üzrə dünya çempionatının açılış mərasimində Acariya hökumət nümayəndələri, Avropa Şahmat İttifaqının sədri Zurab Azmaiparaşvili, Gürcüstan Şahmat Federasiyasının sədri Gia Qiorqadze iştirak edib. Mərasim zamanı Acarıstan hökumət sədri Zurab Pataradze ilk simvolik gedişatı edib. Turnirin açılışında Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov Azərbaycanın yeniyetmə şahmatçılarını salamlayıb və onlara yarışda uğurlar arzulayıb.

Qeyd edək ki, dünya çempionatında 66 ölkədən olan 728 iştirakçı ,o cümlədən Gürcüstandan 100-dən çox şahmatçı iştirak edir. Turnir oktyabrın 30-da başa çatacaq.

Xəbər 762 dəfə oxundu.