Yığmamızın heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Komandamızın baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsi üçün 19 nəfərə güvənəcək.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə oktyabrın 25-də İngiltərə, iki gün sonra Avstriya, oktyabrın 30-da isə Rumıniya komandası ilə qarşılaşacaq. Oyunlar Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

Xəbər 747 dəfə oxundu.