Roman Qriqorçuk mətbuat konfransı keçirib
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Sent-Etyen” (Fransa) - “Qəbələ” oyunundan (1:0) sonra baş məşqçi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

Ukraynalı mütəxəssis məğlubiyyəti belə şərh edib: “Nəticədən üzgün deyilik. Rəqib oyuna görə qalib gəldi. Onlar daha üstün oynadılar və qol vurmaq imkanları da oldu. Amma bu nəticəyə sevinə də bilmərik. Lakin çox üzülməyə də əsasımız yoxdu. Çünki çox güclü komandaya uduzmuşuq. Təxminən 3 il əvvəl Fransada “Lion”la keçirilən qarşılaşma ilə indiki oyunu müqayisə edə bilmərəm. Çünki fərqli vəziyyətlərdi. Həmin vaxt biz qrupdan çıxmışdıq və Fransa klubunu da keçə bilərdik. Lakin indi biz Avropa Liqasındakı matçlar hesabına təcrübə qazanırıq. Görürəm ki, hər üç rəqibimizdən zəifik. Düşünürəm ki, bu qarşılaşmalardan öyrənirik. İnanıram ki, komandamız daha da güclənəcək”.


Xəbər 673 dəfə oxundu.