Stolüstü tennis üzrə yarışlar başa çatıb
Gənclər və yeniyetmə idmançılar arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlar başa çatıb.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışlarda 1999-2002-ci il və daha kiçik təvəllüdlü məktəblilər iştirak ediblər. Şəxsi komanda xarakteri daşıyan yarışlara respublika üzrə 130-dək idmançı qatılıb.

Yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmə və gənclərdən ibarət yığma komandaları komanda birinciliyində Azərbaycan Kubokunun sahibi olublar.

Qalib idmançılara diplom, kubok və mükafatlar təqdim edilib.

Xəbər 736 dəfə oxundu.