Batumidə uşaqlar arasında şahmat üzrə dünya çempionatı keçirilir
Gürcüstanın Batumi şəhərində 12 yaşadək uşaqlar arasında şahmat üzrə dünya çempionatı keçirilir.

Açılış mərasimində Avropa Şahmat İttifaqının sədri Zurab Azmaiparaşvili, Gürcüstan Şahmat Federasiyasının sədri Gia Qiorqadze və Acarıstan Hökumətinin nümayəndələri iştirak ediblər.

Acarıstan Hökumətinin sədri Zurab Pataradze ilk rəmzi gedişi edib.

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov ölkəmizin yeniyetmə şahmatçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan idmançıları bu çempionatda “SOCAR Georgia” şirkətinin maliyyə dəstəyi ilə iştirak edirlər.

Dünya çempionatında 66 ölkədən 728 idmançı mübarizə aparacaq.

Turnir oktyabrın 30-da başa çatacaq.

AZƏRTAC

Xəbər 707 dəfə oxundu.