Ronaldinyonun bu gün jurnalistlərlə görüşü olacaq
Braziliyalı futbolçu Ronaldinyonun Bakı səfəri davam edir.

36 yaşlı əfsanəvi futbolçu ilə bugün Bakı Olimpiya Stadionunda (BOS) mətbuat konfransı təşkil ediləcəyi gözlənilir. Konfransda yarımmüdafiəçi ilə yanaşı, “Qəbələ” klubunun prezidenti Tale Heydərov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edəcək.

Dünya ulduzunun ölkəmizə gəlişinin səbəbi isə “Qəbələ” klubunun dəstəyi ilə Bakıda açılacaq “Ronaldinyo Akademiyası”nın açılışının müzakirəsidi.

Xəbər 549 dəfə oxundu.