Yığmamız FİFA reytinqi tarixində ən böyük irəliləyişinə nail olub
Yığmamız FİFA reytinqi tarixində ən böyük irəliləyişinə nail olub.

Belə ki, bu gün açıqlanan siyahıda komandamız 45 pillə irəliləyib. Ötən ay dünyanın 133-cüsü olan Robert Prosineçkinin yetirmələri 88-ci yerə qədər sıçrayıb.

Bu nailiyyətə komandamız DÇ-2018-in seçmə mərhələsinin son iki matçındakı uğurları səbəb olub. Bakıda Norveçi 1:0 hesabı ilə, səfərdə Çexiya ilə qolsuz heç-heçə edən millimiz xal hesabını 252-dən 404-ə çatdırıb. Bu 152 xallıq qazanc mövqeyimizin 45 pillə yaxşılaşması ilə nəticələnib.

Millimiz 1994-cü ilin iyunundan daxil olduğu FİFA reytinqində bunadək ən yaxşı halda 24 pillə irəliləmişdi. Həmin vaxt 139-dan 115-dək irəliləmişik.

Xəbər 664 dəfə oxundu.