PAOK-un heyətlə bağlı problemləri davam edir
Bu gün “Qarabağ”la qarşılaşacaq PAOK-un heyətlə bağlı problemləri davam edir. Saloniki təmsilçisinin yarımmüdafiəçisi Yannis Mistakidisin səhhətində problem yaranıb.

Belə ki, 21 yaşlı gənc oyunçu hərarətinin yüksək olması səbəbindən o, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, PAOK-da müdafiəçi Georgios Tzavellas və yarımmüdafiəçi Dimitris Pelkas zədə ucbatından Bakıya gətirilməyib.

Xəbər 674 dəfə oxundu.