Yığmamızdan daha bir qələbə
Serbiyada təlim–məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz Belqradın “Partizan” klubunun U-19 komandası ilə yoldaşlıq oyunu keçirib.

Vüqar Məmmədin yetirmələri - Xaqani Sadıxov və Mutlu Aksu Doğan qol vuraraq, 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, yığmamız ilk oyununda “Voyvodina”nı 3:0 hesabı ilə məğlub etmişdi.

Xəbər 823 dəfə oxundu.