“Beşiktaş” klubu Kseniya Poznyakla bağlı mövqeyini açıqlayıb
Türkiyənin “Beşiktaş” klubu Azərbaycan yığmasının voleybolçusu Kseniya Poznyak ilə müqavilə bağlamaq arzusunda deyil.

Türkiyəyə yollanan Poznyak burada yalnız formasını saxlamaq üçün məşq edəcək. Voleybolçu özü bu istəklə kluba müraciət edib və ona rəsmi icazə verilib.

Təmsilçimiz qonşu ölkədə özünə komanda tapacağı halda buradan ayrılacaq.

Qeyd edək ki, Poznyak indiyədək yalnız İtaliyada legioner həyatı yaşayıb. Onun aşağı liqa klubları ilə anlaşması da istisna deyil.

Xəbər 793 dəfə oxundu.