“Borussiya” və “Kopenhagen” cəzalana bilər
Çempionlar Liqasının III turunun ilk oyun günündə baş tutan qarşılaşmalardan sonra iki klub: “Borussiya” və “Kopenhagen” müəyyən cəzaya məruz qalacaq.

Hər iki klubun cəzalanmasına səbəb isə onların azarkeşləridir. Belə ki, “Sportinq”ə qarşı səfər matçının əvvəlində Çempionlar Liqasının himni oxunarkən alman azarkeşlərin pirotexniki vasitələrdən və fişənglərdən istifadə etmələri ali futbol qurumunun diqqətindən yayınmayıb.

Qeyd edək ki, hər iki məsələ haqqında yekun qərar noyabrın 17-də veriləcək.

Xəbər 606 dəfə oxundu.