Beynəlxalq Gimnastika Federasiyasının növbəti konqresi 2018-ci ildə Bakıda keçiriləcək
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin növbəti – 82-ci iclası 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək.

Bu barədə qərar FIG-in Tokioda keçirilən 81-ci iclasında qəbul olunub.

FIG-in Bakıda keçiriləcək Konqresində bu quruma üzv olan federasiyaların nümayəndələri və şura üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan paytaxtı bu mötəbər tədbirlə yanaşı, 2017-ci ildə FIG-in Şura iclasına da ev sahibliyi edəcək.

Xəbər 689 dəfə oxundu.