«Ay-ulduzlular»ımızın 183-cü matçı
Azərbaycan milli komandasının Hindistan yığması ilə sabahkı yoldaşlıq görüşü tarixinə 183-cü matç kimi düşəcək. İdman.com.az saytının məlumatına görə, yığmamız 1992-ci ildən bu yana çıxdığı 182 oyunda 32 qələbə qazanıb, 45 heç-heçə və 105 dəfə uduzub. Yubiley heç-heçəsi bu ilin ilk oyununda reallaşdı. Belə ki, millimiz Dubayda ilk rəqibi olan Sinqapur yığması ilə fevralın 24-də 2:2 hesablı bərabərliyə qaldı. İndiyə kimi 126 qol vuran millimiz 326 dəfə topu öz qapısında görüb.

Yığmamızın oyunlarından 88-i dünya və Avropa çempionatının seçmə oyunu olubsa, 95-i yoldaşlıq görüşü xarakteri daşıyıb. Bu tip oyunlarda 24 qələbə qazanan, 32 dəfə heç-heçə edən millimiz 38 dəfə meydandan məğlub ayrılıb. Topların fərqi 85-125 rəqiblərin xeyrinədir.
Hindistanla Dubaydakı “The Sevens” stadionuna yubiley - 25-ci qələbəsini qazanmaq üçün çıxacaq futbolçularımız bununla da 2012-ci ildə ilk qələbəsini reallaşdıracaq.
Qeyd edək ki, millimiz Dubayda sonuncu matçını fevralın 29-da Fələstin yığması ilə keçirəcək.

Xəbər 971 dəfə oxundu.