Kəpəz İnterlə oyuna Bakıda hazırlaşır
Topaz Premyer Liqasının 9-cu turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” həftəsonu keçirəcəyi oyunun hazırlıqlarına başlayıb. Komanda dünəndən Bakıda hazırlaşır.

“Sarı-göylər” məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçir.

Məşqlər hər gün saat 12:00-da başlayır. Nizami yurdunun təmsilçisi oktyabrın 21-nə kimi paytaxtda məşq edəcək.

Xəbər 610 dəfə oxundu.