Biləsuvar rayonunda sərbəst güləş üzrə zona birinciliyi keçirildi
Biləsuvar rayon Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid təqvim planına əsasən İdman Məktəblərinin VIII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə zona birinciliyi keçirildi. Yarışda 17 şəhər və rayon komandalarından ibarət ümumi 150 idmançı 16 çəki dərəcəsində öz qüvvələrini sınamışlar.

Biləsuvar komandası yarışda 16 idmançı ilə təmsil olunmuş və onlardan 3 idmançı birinci, 1 idmançı ikinci və 1 idmançı üçüncü yeri tutararaq finala vəsiqə qazanmışlar.

Xəbər 883 dəfə oxundu.