"Qəbələ" “Dinamo” ilə qarşılaşacaq
Bu gün "Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində növbəti matçına çıxır. Təmsilçimiz bu mərhələnin cavab oyunu çərçivəsində səfərdə “Dinamo” (Moskva, Rusiya) ilə qarşılaşacaq.

Xatırladaq ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda Rusiya təmsilçisi 2:0 hesabıyla qələbə qazanmışdı. Bu üzdən də "Qəbələ"nin mərhələ keçməsi o qədər də inandırıcı görünmür.

Qeyd edək ki, Ximkidəki “Rodina” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
Cavab oyunu, 19 oktyabr

19:00. “Dinamo” - “Qəbələ”
Hakimlər: Dumitru Muntyan, Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova).
Hakim-inspektor: Yuri Baskakov (Rusiya).
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan).
Ximki. “Rodina” stadionu.
İlk oyun – 2:0.

Xəbər 778 dəfə oxundu.