UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq
Oktyabrın 19-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq.

Üçüncü turun sonuncu günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar qarşılaşacaqlar.

“A” qrupunda İngiltərənin “Arsenal” komandası Bolqarıstanın “Ludoqorest” kollektivini qəbul edəcək. Fransanın “PSJ” klubu isə İsveçrənin “Bazel” komandası ilə üz-üzə gələcək.

“B” qrupunda İstanbulun “Beşiktaş” komandası İtaliyanın “Napoli” klubunun qonağı olacaq. Qrupun digər oyununda “Dinamo Kiyev” Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək.

“C” qrupunda “Seltik” “Şotlandiya” komandası Almaniyanın “Borussiya Münxenqladbax”, “Barselona” klubu isə “Mançester Siti” kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.

“D” qrupunda isə “Rostov” (Rusiya) – “Atletiko Madrid” və “Bavariya” – “PSV Eyndhoven” oyunları keçiriləcək.

Oyunlar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər 762 dəfə oxundu.