Sabah “Qarabağ” – PAOK qarşılaşması keçiriləcək
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – PAOK qarşılaşması keçiriləcək.

Millimizin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan hazırlıqlarını artıq başa vurub.

Sabah III tur çərçivəsində Ağdam təmsilçisinin qonağı olacaq yunanıstanlılar Bakıya 25 futbolçu ilə gələcəklər.

Qeyd edək ki, baş məşqçi Vladimir İviç oyun öncəsi son məşqini bu gün paytaxtımızda keçəcək.


Xəbər 793 dəfə oxundu.