Apti Axadovun olimpiya medalı əlindən alınıb
Rus idmançı Apti Axadovun olimpiya medalı əlindən alınıb.

Beynəlxalq Olimpiya Komitəsindən (BOK) verilən açıqlamada bildirilib ki, 23 yaşındakı Axadovun ikinci dopinq testi müsbət nəticə verməsi səbəbindən də onun mükafatı ləğv edilib.

Qeyd edək ki, o, London – 2012 Yay Olimpiadasında ağır atletika üzrə 85 kq çəki dərəcəsində gümüş medal qazanıb.Həmin yarışda birinci yerə polşalı Adrian Edvard Zelinski, üçüncülüyü isə İran idmançısı Kianuş Rustami sahib olublar..

Xəbər 809 dəfə oxundu.